Azərbaycanlı aktyorlar əcnəbilərin çəkdiyi "Əli və Nino" filmində rol alacaq

Azərbaycanlı aktyorlar əcnəbilərin çəkdiyi "Əli və Nino" filmində rol alacaq "Kastinqlərdə iştirak etmişəm"
İncəsənət
9 Fevral , 2015 14:09
Azərbaycanlı aktyorlar əcnəbilərin çəkdiyi Əli və Nino filmində rol alacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Qurban İsmayılov Qurban Səidin məşhur "Əli və Nino" əsəri əsasında çəkiləcək filmdə rol təklifi alıb.

Bu barədə "Report"a o, özü bildirib.

"Belə bir təklif var. Kastinqlərdə iştirak etmişəm. Amma müqavilə imzalanmayıb. Rəsmi müqavilə imzaladıqdan sonra, qəti söz demək olar", - əməkdar artist bildirib.

Hazırda filmin hazırlıq işləri aparılır. Britaniyanın "PeaPie Films" kino şirkəti tərəfindən ekranlaşdırılacaq filmin çəkilişləri bu il fevralın sonu və martın əvvəllərində Bakıda və İstanbulda aparılacaq. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde ifa edəcək.

Mariya Valverde kinomanlara "Səmadan 3 metr yüksəklikdə" filmi ilə yaxşı tanışdır. Filmdə əcnəbi aktyorlarla yanaşı, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov, əməkdar artistlər Qurban İsmayılov, Mirzə Ağabəyli və başqaları çəkiləcək.

Qeyd edək ki, filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, prodüseri Kris Tiker, rejissoru isə Asif Kapadiyadır.


Son xəbərlər

Orphus sistemi