Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq

Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq "Ünvansız qatar" əsərində hadisələr Dağlıq Qarabağ münaqişəsi konteksində cərəyan edir və münaqişəyə yeni yanaşma ortaya qoyur
İncəsənət
14 İyun , 2016 09:45
Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq

Bakı.14 iyun. REPORT.AZ/ Yazıçı-dramaturq Əli Əmirlinin yeni əsəri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq.

Ə.Əmirli "Report"a açıqlamasında deyib ki, yeni əsərini Dağlıq Qarabağ münaqişəsinə həsr edib 

Onun sözlərinə görə, "Ünvansız qatar" əsərində hadisələr Dağlıq Qarabağ münaqişəsi konteksində cərəyan edir və münaqişəyə yeni və fərqli yanaşma ortaya qoyur: "Bir müddətdir bu əsərin səhnəyə qoyulması üzərində düşünürük. Məsələni Gənc Tamaşaçılar Teatrının rəhbərliyi və rejissor Bəhram Osmanovla müzakirə etmişik. 2017-ci ilin yanvarında əsər səhnəyə qoyulacaq".

Ə.Əmirli deyib ki, yeni tamaşaya rejissor Bəhram Osmanov quruluş verəcək.

Son xəbərlər

Orphus sistemi