Əli Əmirlinin məşhur komediyası Qaraçay-Çərkəz Respublikasında nümayiş etdirilib

Əli Əmirlinin məşhur komediyası Qaraçay-Çərkəz Respublikasında nümayiş etdirilib "Varlı qadın" qastrol səfərindədir
İncəsənət
6 Noyabr , 2015 11:39
Əli Əmirlinin məşhur komediyası Qaraçay-Çərkəz Respublikasında nümayiş etdirilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Dağıstan Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin məşhur "Varlı qadın" komediyası ilə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qastrol səfərində olub.

"Report" xəbər verir ki, qastrol səfəri Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Dağıstan Respublikasının xalq artistləri Tutuxanım Osayeva, İmam Akauddinov, Rusiyanın əməkdar artisti Baysoltan Osayevin əsas rollarda oynadıqları tamaşa Qaraçaysk, Ust-Cequta və respublikanın paytaxtı Çərkəssk şəhərlərində 6 dəfə nümayiş etdirilib.

Qeyd edək ki, 1998-ci ildə yazılmış "Varlı qadın" iyirmiyə yaxın xarici ölkə teatrlarında tamaşaya qoyulub və iki beynəlxalq teatr festivalının 4 mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi