Yuxarı

Ələsgər Məmmədoğlu ad gününü qeyd edir

Əməkdar artistin 69 yaşı tamam olub

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlunun doğum günüdür.

"Report" xəbər verir ki, aktyor 69 yaşını qeyd edir.

Qeyd edək ki, əsl adı Əsgər olan, lakin Ələsgər Məmmədoğlu kimi tanınan məşhur aktyor 1946-cı ildə Bakı şəhərində dünyaya gəlib.

1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və Kino aktyorluğu fakültəsini bitirb. 1977-cü ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb doğma teatrının səhnəsində biri-birindən maraqlı obrazlar ifa edib.

Geniş tamaşaçı kütləsi aktyoru çəkildiyi televiziya tamaşalarından və filmlərdən tanıyıb və sevib.

Ələsgər Məmmədoğlu "Evləri köndələn yar" , "Yaşıl eynəkli adam", "Mehmanxana sahibəsi", "Topal Teymur" , "Qatarda" , "Alov" kimi tamaşalarda maraqlı obrazlar yaradıb.

"Mozalan" satirik kino-jurnalının 20 -yə yaxın sujetinə çəkilən Ələsgər Məmmədoğlu, "Ömrun səhifələri" , "Xoşbəxtlik qayğıları", "Bəyin oğurlanması", "Tehran -43" və başqa bədii filmlərdə yaddaqalan obrazlar ifa edib.

Ad gününü ailəsinin əhatəsində keçirən aktyor 70 illik yubileyinə hazırlaşır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi