Yuxarı

Elçinin "Şekspir" əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək

Tamaşanın premyerası noyabrın 18-də olacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı, professor Elçin Əfəndiyevin "Şekspir" əsəri Nyu-York səhnəsində nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, tamaşanın premyerası noyabrın 18-də olacaq.

5 gün boyunca Nyu-Yorkda tamaşaçılara təqdim ediləcək tamaşanın rejissoru, Nyu-Yorkun ("The Complete Theatre Company") teatrının bədii rəhbəri Enni Uorddur.

Qeyd edək ki, əsər sürrealist satira janrındadır. Əsərdə hadisələr psixiatrik xəstəxanada cərəyan edir.

Xatırladaq ki, Elçinin "Şekspir" əsəri dünyanın bir neçə ölkəsində tamaşaya qoyulub.

Hazırda Akademik Milli Dram Teatrının repertuarında olan tamaşa ilk dəfə 2012-ci il martın 6-da oynanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi