Yuxarı

Əcnəbi rejissor "Əli və Nino" filmini İçərişəhərdə çəkəcək

Çəkilişlərə fevralın sonunda start veriləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Fevralın sonunda Bakıda "Əli və Nino" filminin çəkilişlərinə başlanılacaq. Filmi Böyük Britaniya vətəndaşı, milliyyətcə hind olan Asif Kapadia adlı rejissor ekranlaşdıracaq.

"Report" İngiltərənin KFTV internet kanalına istinadən xəbər verir ki, filmin prodüsseri Kris Tikerdir.

Baş rolu İsraildən olan kinoaktyor Adam Bakri ifa edəcək.

Filmin rejissoru Asif Kapadia ən nüfuzlu kino müsabiqələrində dəfələrlə qalib olub.

"Əli və Nino" adlı film Qurban Səidin eyniadlı romanının motivləri əsasında ekranlaşdırılır. Filmin ssenarisini Kristofer Hempton yazıb. Kristofer Hempton "Əli və Nino" romanının 1937-ci ildə Almaniyada nəşr edilən variantını oxuyub və romanın mövzusu onun xoşuna gəlib.

Filmin əsas kadrları İşərişəhərdə çəkiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi