Əbülfəs Qarayev: "Bir sıra mədəniyyət müəssisələrində Milli Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək"

Əbülfəs Qarayev: "Bir sıra mədəniyyət müəssisələrində Milli Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək" Nazir Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında olub
İncəsənət
18 Sentyabr , 2017 12:22
Əbülfəs Qarayev: Bir sıra mədəniyyət müəssisələrində Milli Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək
Report/ Orxan Əzim

Bakı. 18 sentyabr. REPORT.AZ/ Əbülfəs Qarayev Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Milli Musiqi Günü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

"Report" xəbər verir ki, nazir bəstəkarın yaradıcılığından bəhs edərək qeyd edib ki, bir sıra mədəniyyət müəssisələrində Milli Musiqi Günü münasibətilə tədbirlər keçiriləcək.

"Üzeyir Hacıbəyli kimi bəstəkarımız olduğuna görə qurur duyuruq. Azərbaycanda hər il bununla əlaqədar elmi konfrans keçirilir və dahi bəstəkarımızın yaradıcılığının dəyərini bir daha anlayırıq", - Firəngiz Əlizadə bildirib.

Fərhad Bədəlbəyli deyib ki, Üzeyir Hacibəylinin bəstələri bütün dünyaya yayılıb: "Bəstəkarın əsərləri Azərbaycan musiqisini bütün dünyada layiqincə tanıdır və bununla fəxr edirik. Akademiyanın tələbələri də bu yolu uğurla davam etdirərək müxtəlif festivallarda ölkəmizi layiqincə təmsul edirlər". 

Tədbirdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üzeyir Hacıbəylinin əsərlərini səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi