Yuxarı

Dünyanın ən balaca boylu aktyoru vəfat edib

Mixay Mesaroşun 84 sm boyu olub

Bakı. 14 iyun. REPORT.AZ/ Dünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş vəfat edib.

"Report" xəbər verir ki, "Mixu" ləqəbli aktyor 76 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Mesaroş 1939-cu ildə Macarıstanda anadan olub. O, uzun illər sirkdə çalışıb.

84 sm boyu olan aktyor "Alfa" serialında çəkildiyi yad planetdən gələn şəxs rolu ilə məşhurlaşıb. "Alfa" serialı 1986-cı ildən 1990-cı ilə qədər ABŞ-da çox məşhur olub. M.Mesaroş bu serialda yaratdığı obrazla tamaşaçıların sevimlisinə çevrilib. O, dünya şöhrətli müğənni Maykl Ceksonun yaxın dostlarından biri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi