Dünyaca məşhur kloun Oleq Popov dünyasını dəyişib

Dünyaca məşhur kloun Oleq Popov dünyasını dəyişib O, çərşənbə günü axşam Rostov-na-Donuda vəfat edib
İncəsənət
3 Noyabr , 2016 01:33
Dünyaca məşhur kloun Oleq Popov dünyasını dəyişib

Bakı. 3 noyabr. REPORT.AZ/ Dünyaca məşhur kloun Oleq Popov çərşənbə günü axşam Rostov-na-Donuda vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Böyük Moskva Sirkinin direktoru Edqard Zapaşnıya istinadən RİA "Novosti" məlumat yayıb.

"Oleq Popov Rostovda vəfat edib, o, orada qastrol səfərində idi. Mən onun prodüseri ilə əlaqə saxladım, həyat yoldaşı danışacaq halda deyildi və dedim ki, mümkün olan köməkliyi göstərməyə və Böyük Moskva Sirkində vida mərasimi təşkil etməyə hazıram", - deyə o bildirib.

Zapaşnı xatırladıb ki, Popov Rusiya vətəndaşı idi.

Oleq Popov 31 iyul 1930-cu ildə doğulub.

Son xəbərlər

Orphus sistemi