Dünya şöhrətli rəssamın oğurlanmış əsərləri İspaniyada tapılıb

Dünya şöhrətli rəssamın oğurlanmış əsərləri İspaniyada tapılıb Əsərlərin qiyməti 30 milyon avro təşkil edir
İncəsənət
20 İyul , 2017 05:35
Dünya şöhrətli rəssamın oğurlanmış əsərləri İspaniyada tapılıb

Bakı. 20 iyul. REPORT.AZ/ İspaniya polisi ekspressionist rəssam Frensis Bekonun oğurlanmış 5 əsərindən ikisini tapıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Əsərlər 2015-ci ildə Madrid şəhərindəki fərdi evlərdən birindən oğurlanmışdı. Lakin yalnız bir il sonra bundan xəbər tutulub. Əsərlərin qiyməti 30 milyon avro təşkil edir. 

Son xəbərlər

Orphus sistemi