Yuxarı

Dünya şöhrətli memar Zaha Hadid vəfat edib

O, Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifidir

Bakı. 31 mart. REPORT.AZ/ Bir çox məşhur binaların memarı, dünya şöhrətli Deym Zaha Hadid 66 yaşında vəfat edib.

"Report"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, İraq əsilli britaniyalı dizayner martın 31-də bronxit xəstəliyindən müalicə aldığı Mayami hospitalında ürək tutmasından vəfat edib.

Deym Zaha Hadidin müəllifi olduğu binalar dünyanın müxtəlif güşələrini bəzəyir. O, Britaniya Arxitektorları Kral İntitutunun qızıl medalına layiq görülmüş ilk qadındır.

Xanım Zaha Hadid həmçinin Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsinin də müəllifidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi