Yuxarı

Dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə sərgi keçiriləcək

Sərgidə nümayiş ediləcək sənədlər Teatr Muzeyinin arxivində qorunub saxlanılır

Bakı 12 noyabr. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə yeni sərgi hazırlayıb. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Teatr Muzeyindən məlumat verilib. Məlumata görə, noyabrın sonunda xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin keçirəcəyi təntənəli yubiley tədbiri Heydər Əliyev adına Respublika Sarayında baş tutacaq. Yubiley tədbirindən əvvəl Respublika Sarayının foyesində İlyas Əfəndiyevin şəxsi fotoları, arxiv sənədləri, dramaturqun dram əsərlərindən çəkilmiş foto və tamaşa elanları tədbir iştirakçılarına təqdim ediləcək.

Sərgidə nümayiş ediləcək sənədlər Teatr Muzeyinin arxivində qorunub saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi