Dövlət Film Fondunda tanınmış televiziya rejissorunun xatirə gecəsi keçiriləcək

Dövlət Film Fondunda tanınmış televiziya rejissorunun xatirə gecəsi keçiriləcək Mərhum Tariyel Vəliyevi dostları, yaxınları yad edəcək
İncəsənət
19 Fevral , 2016 12:16
Dövlət Film Fondunda tanınmış televiziya rejissorunun xatirə gecəsi keçiriləcək

Bakı.19 devral. REPORT.AZ/ Fevralın 24-də Dövlət Film Fondunda tanınmış televiziya rejissoru, əməkdar incəsənət xadimi, mərhum Tariyel Vəliyevin xatirə gecəsi keçiriləcək.

Bu barədə "Report"a Dövlət Film Fondundan məlumat verilib.

Xatirə gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Dövlət Film Fondunun foyesində Tariyel Vəliyevin həyat və sənət yolunu əks etdirən foto sərgi təqdim ediləcək.

Xatırladaq ki,Tariyel Vəliyev 1944-cü il fevralın 24-də anadan olub. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında alıb.

1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb,1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirib.

Bu illər ərzində o bir sıra televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olub. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram","Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel" və s. televiziya tamaşalarının rejissoru olub.

Tariyel Vəliyev 2012-ci il aprelin 24-də 68 yaşında Bakıda dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi