Yuxarı
    Bağlamaq

    Dövlət Film Fondunda Ceyhun Mirzəyevin 70 illik yubileyi keçirilib - FOTO

    Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa, lakin şərəfli ömür və sənət yolundan bəhs edilib

    Bakı. 29 aprel. REPORT.AZ/ Aprelin 29-da Dövlət Film Fondunda mərhum aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Film fondunun rəhbəri Cəmil Quliyev, rejissor, Ceyhun Mirzəyevin dostu Elxan Qasımov əziz dostları haqqında ürək sözlərini bölüşüblər. 

    Elxan Qasımov Ceyhun Mirzəyevi Alpaçino ilə müqayisə edib. Bildirib ki, Ceyhun heç kimi incitməyib, heç kimin xətrinə dəyməyib. Heç zaman mən yaratdım deməyib. Aktyor Şamil Süleymanov dostunun son günlərindən danışıb. Qeyd edib ki, Ceyhun Mirzəyev "Ögey ana" dan "Fəryad" a qədər əzablı ,məşəqqətli bir ömür keçib. Hər zaman ürəyi yanırdı ki, "Mən şuşalıyam, amma torpağım üçün heç nə edə bilmirəm".

    Ceyhun Mirzəyevin xatirəsini yad etmək üçün yubiley tədbirində onun dostları Aydın Dadaşov, Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov onun barəsində ürək sözlərini deyiblər. Ceyhun Mirzəyevin köklü nəsildən gəldiyini deyən Aydın Dadaşov onu kinoda böyüyən uşaq adlandırıb.

    Yubiley gecəsində Ceyhun Mirzəyevin keçdiyi qısa lakin şərəfli ömür və sənət yolundan bəhs edilib, çəkdiyi və aktyor kimi rol aldığı filmlərdən parçalar nümayiş etdirilib.

    Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatçılıgı ilə keçirilib. 

    Xatırladaq ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonununAbdal-Gülablı kəndində anadan olub.

    Azərbaycan Dövlət İncəsənət İnstitutununrejissorluq fakültəsini bitirib. Daha sonra təhsilini Moskvadadavam etdirib. Onun 47 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana" filmində çəkilib.

    Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi aktyor və rejissor kimi filmlər çəkib.

    "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ınbədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

    Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film "Fəryad" olub.

    Ceyhun Mirzəyev 1993-cü il martın 5-də vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi