Dövlət Film Fondu illik tədbirlər planını açıqlayıb

Dövlət Film Fondu illik tədbirlər planını açıqlayıb Fond il ərzində köhnə filmlərin bərpası ilə məşğul olacaq
İncəsənət
8 Yanvar , 2016 15:32
Dövlət Film Fondu illik tədbirlər planını açıqlayıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Dövlət Film Fondu 2016-cı il üçün tədbirlər planını açıqlayıb.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Tədbirlər planına ulu öndər Heydər Əliyev və Azərbaycan kinosu mövzusunda elmi-nəzəri konfransın keçirilməsi, rəssam Cəbrayıl Əzimovun 90, rejissor Həbib İsmayılovun 110, rejissor, operator Rasim İsmayılovun 80, aktrisa Nəcibə Məlikovanın 95, kinorejissor, kinoaktyor Ceyhun Mirzəyevin 70, kinodramaturq, yazıçı Əhmədağa Muğanlının 90, rəssam Elbəy Rzaquliyevin 90 illik yubileylərinin keçirilməsi daxildir.

Fond 2016-cı ildə "Azərbaycan Kinematoqrafçıları" silsilə kitabının 8-ci buraxılışını çap etdirəcək. Bundan əlavə, Dövlət Film Fondunun kinobülletenlərinin növbəti sayı çapdan çıxacaq.

Bundan başqa, Fond il ərzində köhnə filmlərin bərpası ilə məşğul olacaq. 

Son xəbərlər

Orphus sistemi