Bakı.27 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Filarmoniyasının 2017-ci ilin yanvar ayı üçün tədbir planı açıqlanıb.
"Report" Filarmoniyanın yanvar ayına olan tədbir planını təqdim edir:
9 yanvar
Saat 19:00. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri .
Bədii rəhbər və baş dirijor – Teymur Göyçayev .
10 yanvar
Saat 19:00. Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunan təntənəli konserti .
Dirijor – Nazim Hacıəlibəyov.
13 yanvar
Saat 19:00. Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, skripka ifaçısı Zəhra Quliyevanın 65 illiyinə həsr olunmuş konsert .
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri.
Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev, Dirijor – Mustafa Mehmandarov.
16 yanvar
Saat 19.00. Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi olan “Muğam geçəsi” adlı ədəbi – bədii, musiqili gecə.
Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı.
Bədii rəhbər - Adil Bağırov.
19 yanvar
Saat 19.00. “20 Yanvar” Faciəsinin Qurbanlarının Xatirəsinə həsr olunur.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri.
Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev.
Azərbaycan Dövlət Xor Kapellası.
27 yanvar
Saat 19:00. Bəstəkar Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş konsert.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri.
Dirijor – Fuad İbrahimov.
Azərbaycan Dövlət Xor Kapellası.
Bədii rəhbər – Gülbacı İmanova.
Filarmoniya Kamera və Orqan musiqi zalı
31 yanvar
Saat 19:00. Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə tədbiri.
Azərbaycanın gənc bəstəkarlarının yeni əsərlərindən ibarət konsert.