Yuxarı
    Bağlamaq

    Donald Trampın andiçmə mərasimində çıxış edəcək qruplardan ikisinin adı açıqlanıb

    Yanvarın 20-də baş tutacaq mərasimdə The Mormon Tabernacle Choir xor qrupu və The Radio City Rockettes rəqs qrupu səhnəyə çıxacaq

    Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminin ziyafət hissəsində səhnəyə çıxacaq musiqi və rəqs qruplarından ikisinin adı açıqlanıb.

    "Report" BBC-ə istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq mərasimdə "The Mormon Tabernacle Choir" xor qrupu və "The Radio City Rockettes" rəqs qrupu çıxış edəcək. 

    Qeyd edək ki, Elton Con və Selin Dion ABŞ-ın yeni prezidentinin andiçmə mərasimində səhnəyə çıxmaqdan imtina ediblər. D.Tramp isə bir müddət əvvəl bildirib ki, dünyanın bir çox məşhur simaları mərasimə qatılmaq üçün bilet istəyiblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi