Yuxarı

Diz üstündə dayanan Hitlerin heykəli 17 mln. dollara satılıb

Müəllifin sözlərinə görə, O heykəli şərin təcəssümünü təsvir edir

Bakı. 9 may. REPORT.AZ/ İtalyan rəssam Mauritsio Kattelanın işi olan Adolf Hitlerin diz üstündə dayandığı qalmaqallı məşhur heykəli Christie's hərracında 17,2 mln. dollara satılıb. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir. 

Hündürlüyü 101 sm olan "O" adlı heykəl 15 il əvvəl mum və qatrandan hazırlanıb. 

ABŞ-da işləyən italyan rəssam Mauritsio Kattelan bildirib ki, öz işini məhv etmək istəyib. Onun sözlərinə görə, "O" heykəli şərin təcəssümünü təsvir edir.

Buna baxmayaraq, heykəlin satışı Kattelan üçün şəxsi rekord olub: bundan əvvəl onun ən bahalı əl işi 7.9 mln. dollara satılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi