Dirijor Nazim Rzayevin xatirəsi anılacaq

Dirijor Nazim Rzayevin xatirəsi anılacaq Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında klassik musiqilər səsləndiriləcək
İncəsənət
6 Oktyabr , 2015 14:19
Dirijor Nazim Rzayevin xatirəsi anılacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 10-da Azərbaycanın xalq artisti, Dövlət mükafatları laureatı, professor, mərhum dirijor Nazim Rzayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

"Report" xəbər verir ki, dirijor Nazim Rzayevin xatirəsinə həsr olunan konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.

Orkestrin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevin rəhbərliyi ilə Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamı, "Sənsiz" romansı, Fikrət Əmirovun "Poema monoloq" və "Muğam poeması" simfonik əsərləri, Qara Qarayevin "İldırımlı yollarla" baletindən musiqi parçası,P.İ.Çaykovskinin vals və romansları səsləndiriləcək.

Xatırladaq ki, Nazim Rzayev Moskvada Böyuk Teatrda təcrübə keçib. 1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. Üzeyir Hacıbəylinin bir neçə əsərinə dirijorluq edib. 1984-1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının quruluşçu dirijoru olub.

Son xəbərlər

Orphus sistemi