Direktor: "Təmirlə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında fasilə yaranmayıb"

Direktor: "Təmirlə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında fasilə yaranmayıb" "Tamaşalarımızı nümayiş etdiririk"
İncəsənət
6 Fevral , 2016 13:54
Direktor: Təmirlə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında fasilə yaranmayıb

Bakı. 6 fevral. REPORT.AZ/ "Sumqayıt Dövlət Dram Teatrında başlanan əsaslı təmir işləri davam edir. Təmirlə əlaqədar teatrda fasilə yaranmayıb. Tamaşalarımızı nümayiş etdiririk".

Bunu "Report"a Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov bildirib.

O, 2016-cı ilin yanvar ayından Sumqayıt teatrında əsaslı təmir işlərinin başlandığını, teatrın dam örtüyünün təzələndiyini deyib: "Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılır. Sumqayıt Dövlət Dram Teatrında məşqlər aparılır, tamaşalar müntəzəm olaraq nümayiş etdirilir".

Qeyd edək ki, təmir tikinti işləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə aparılır.

Son xəbərlər

Orphus sistemi