Di Kaprio fantastik filmə prodüserlik etmək niyyətindədir

Di Kaprio fantastik filmə prodüserlik etmək niyyətindədir Filmdə hadisələr 2049-cu ildə - qlobal ekoloji fəlakət təhlükəsi ilə üz-üzə qalan "antiutopik dünya"da baş verir
İncəsənət
3 Fevral , 2016 12:32
Di Kaprio fantastik filmə prodüserlik etmək niyyətindədir

Bakı. 3 fevral. REPORT.AZ/ Məşhur amerikalı Leonardo Di Kaprio fantastik filmə prodüserlik etmək niyyətindədir. "Report" TASS-a istinadən xəbər verir ki, o, yazıçı Kayla Olsonun "Qum qalası imperiyası" (Sandcastle Empire) romanı əsasında postapokalipsis janrında olan film yaratmaq istəyir.

Filmin çəkilişləri ilə "Paramount" şirkəti məşğul olacaq. Di Kaprio isə özünün "Appian Way" studiyasındakı çoxdankı tərəfdaşı Cennifer Devissonla əməkdaşlıq edəcək.

Romanda hadisələr 2049-cu ildə - iqlim dəyişikliyi, sel və demoqrafik böhran nəticəsində qlobal ekoloji fəlakət təhlükəsi ilə üz-üzə qalan "antiutopik dünya"da baş verir.

Filmin nə vaxt işıq üzü görəcəyi hələlik dəqiq bilinmir. Hazırda Di Kaprio filmə ssenari müəllifi və rejissor, eləcə də baş rolları canlandıracaq aktyorlar axtarışındadır.

Son xəbərlər

Orphus sistemi