Yuxarı

"Dərs" filmi yenidən nümayiş edilib

Filmin budəfəki tamaşaçıları qayğıya ehtiyacı olan uşaqlar olub

Bakı. 31 iyul. REPORT.AZ/ İyulun 31-də Nizami Kino Mərkəzi “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası” layihəsinə dəstək olaraq baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Dərs” filminin nümayişini keçirib.

"Report" xəbər verir ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.

Ekran əsəri uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir. Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi