Yuxarı
    Bağlamaq

    “Dərs” filmi Dəkkə Beynəlxalq Film Festivalında nümayiş olunacaq

    Festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək

    Bakı. 30 dekabr. REPORT.AZ/ Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.

    “Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək.

    Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

    Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

    Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi