Yuxarı

Dərbənddəki Azərbaycan teatrına Bakıdan müəllim dəvət edilib

Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Zülfiyyə İsmayılova teatrın aktyorlarına səhnə danışığını öyrədəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı Bakıdan səhnə danışığı müəllimi dəvət edib.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ərtoğrul Kamalov "Report"a açıqlamasında deyib ki, teatrda işləyən əməkdaşlar Azərbaycan dilində sərbəst danışmaqda çətinlik çəkirlər: "Bizim teatrda çalışan aktyorların danışıq, dil problemi var. Bunu aradan qaldırmaq üçün Bakıdan müəllim dəvət etməyi məqsədəuyğun bildik. Bakıdan səhnə danışığı müəllimi dəvət etmişik. Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Zülfiyyə İsmayılova teatrımızın aktyorlarına səhnə danışığı ilə bağlı göstəriş və tövsiyələrini verəcək". 

Baş rejissorun sözlərinə görə, yaxın vaxtlarda teatra iki yeni aktrisa gələcək. 

Xatırladaq ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı hazırda yeni tamaşalar hazırlayır. Teatrın yeni binası tikilib hazır olana qədər tamaşaların məşqləri və nümayişi Ləzgi Dövlət Dram Teatrında həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi