Yuxarı
    Bağlamaq

    Dərbənddə fəaliyyət göstərən Azərbaycan teatrı Türkiyəyə festivala gedəcək

    Festival Bartin şəhərində keçiriləcək

    Bakı. 8 fevral. REPORT.AZ/ Dağıstanda fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Bartin şəhərində keçiriləcək 22-ci Uluslararası Teatr Festivalında iştirak edəcək.

    Bunu "Report"a açıqlamasında teatrın baş rejissoru Ərtoğrul Kamalov bildirib. 

    Onun sözlərinə görə, festival martın 27-də başlayacaq və aprelin 3-dək davam edəcək. 

    Ə.Kamalov deyib ki, festivalda "Yalnız" monodramını təqdim edəcəklər: "Əsərin ssenarisini Mehman Musabəylinin ideyası əsasında özüm yazmışam. Monotamaşada aktyor Sərxan Səmədov çıxış edəcək".

    Qeyd edək ki, gənc rejissor Ə.Kamalov 2015-ci ildə ilk dəfə Bartin festivalına dəvət alıb. O, Türkiyədə aktyorlara ustad dərsləri deyib və müəllimi, mərhum Vaqif İbrahimoğlunun aktyor dərsləri barədə məlumat verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi