Dərbənd Azərbaycan Dövlət Dram Teatrı premyeraya hazırlaşır

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı premyeraya hazırlaşır "Dağıstanın Mədəniyyət Nazirliyi bizim teatra lazımi şəraiti yaradır"
İncəsənət
5 Oktyabr , 2015 09:15
Dərbənd Azərbaycan Dövlət Dram Teatrı premyeraya hazırlaşır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Dağıstanda fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrı oktyabrın sonu Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" tamaşasının premyerasını tamaşaçılara təqdim edəcək.

Bu barədə "Report"a Dərbənd Azərbaycan Dram Teatrının baş rejissoru Ərtoğrul Kamalov məlumat verib.

"Oktyabrın 15-20-də bu tamaşanın premyerası ilə Dərbənd teatrsevərlərinin görüşünə gələcəyik. Yerli əhalinin tamaşalarımıza marağı böyükdür. Hazırda teatrda heç bir çatışmazlıq yoxdur. Tamaşaların kostyumları tikilir, dekorasiyalar hazırlanır. Hələlik teatrımızın yeni binası tikilənə qədər məşqlərimizi Ləzgi Dövlət Musiqili Dram Teatrının səhnəsində edirik. Yeni tamaşanı da bu teatrda nümayiş etdirəcəyik. Dağıstanın Mədəniyyət Nazirliyi bizim teatra lazımi şəraiti yaradır. İşlərimiz normal axarı ilə gedir", - teatrın baş rejissoru bildirib.

Son xəbərlər

Orphus sistemi