Yuxarı
    Bağlamaq

    Dərbənd Azərbaycan Dövlət Dram Teatrı mövsümü "İnsan səsi" tamaşası ilə yekunlaşdıracaq

    Teatr mövsümü iyulun 28-də başa vuracaq

    Bakı. 22 iyul. REPORT.AZ/ Dərbənd Azərbaycan Dövlət Dram Teatrında Jan Koktonun "İnsan səsi" mono pyesi esasında hazırlanan eyni adlı tamaşanın premyerası olub.

    Bu barədə "Report"a teatrın baş rejissoru Ər-Toğrul Kamalov məlumat verib.

    "İnsan səsi" mono pyesi esasında hazırlanan eyni adlı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru Ər-Toğrul Kamalov, rəssamı teatrın baş rəssamı Naidə Əlimətova, rejissor köməkçisi Hörmət Aslanovdur. Tamaşada teatrın aparıcı aktrisası İzabella Ağayeva iştirak edir.

    Tamaşanın premyerasında teatrın kollektivi və İnquşetiyadan dəvət olunan rejissor Mikael Valerevic Bazorkin və İnquşetiyada fəaliyyət göstərən Rus Teatrınin rəhbərliyi də iştirak edib.

    M.V.Bazorkin tamaşanı yüksək qiymətləndirib: "Dərbəndə gələndə burada Toğrulla tanış olduqdan sonra Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tamaşa qurmaq həvəsinə düşdüm. Mən bu teatrda tamaşa hazırlamaq istəyirəm".

    Teatrın baş rejissoru Ər-Toğrul Kamalov Bazorkinin yaxın gələcəkdə Dərbənd teatrında tamaşa hazırlayacağını deyib: "Biz artıq nazirliklə danışmışıq, Bazorkinin bizim teatrda tamaşa hazırlamağı maraqlıdır. Çünki, yeni düşüncə, yeni forma olacaq repertuarımızda. Hələki onunla hansı tamaşanı hazırlayacağımızı müzakirə edirik".

    Onun sözlərinə görə, əsas üstünlüyü teatrın yaradıcı səviyyəsini qaldıra bilən pyesə verəcəklər: "Tamaşanın məşqlərinin sentyabr ayının sonlarında başlamasını planlaşdırırıq".

    Qeyd edək ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı mövsümü iyulun 28-də Jan Koktonun "İnsan səsi" tamaşası ilə yekunlaşdıracaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi