Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkmənistanda TURKSOY-a daxil olan Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının iclası keçiriləcək.
"Report" xəbər verir ki, oktyabrın 7-dən 10-dək davam edəcək toplantıda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov iştirak edəcək.
Bundan başqa, iclas dövründə quruma üzv olan ölkələrin teatrlarının hazırladıqları tamaşaların nümayişi olacaq. Azərbaycanı Gəncə Dövlət Dram Teatrı C.Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, iclasın gündəliyinə birgə əməkdaşlıq məsələləri, TÜRKSOY-un teatrla bağlı olan tədbirlər planı daxil edilib.