Yuxarı

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlar üçün konsert keçirilib

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlar üçün konsert keçirilib

Bakı. 31 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan konsert keçirilib.

İdarənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konserti izləyənlər arasında Baş İdarənin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Bakı şəhər mədəniyyət müəssisələrinin direktorları da olub. 

Konsertdə tanınmış estrada müğənnisi Elnur Məmmədov, “Səma” və “Xan” rəqs qrupları çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi