Yuxarı

Dahi bəstəkar Qara Qarayevin xatirəsi yad edilib

Görkəmli bəstəkarın vəfatından 33 il ötür

Bakı. 13 may. REPORT.AZ/ Mayın 13-də Fəxri Xiyabanda görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Qara Qarayevin vəfatının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimə qatılan mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri dahi bəstəkarın məzarı önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək, Qara Qarayevin Azərbaycan və dünya musiqi tarixinə əvəzsiz töhfələrindən danışıb.

Qara Qarayevin yaratdığı möhtəşəm musiqilərin dünyanın müxtəlif ölkələrində səsləndirildiyini, sevildiyini deyən Firəngiz Əlizadə Qara Qarayevin səmimi, təvazökar insan, dahi bəstəkar və böyük pedaqoq olduğunu vurğulayıb.

Qara Qarayevin tələbəsi olmuş xalq artistləri Musa Mirzəyev və Sevda İbrahimova müəllimlərilə bağlı xatirələrini bölüşüblər.

Mərasim iştirakçıları daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət edərək xatirəsini hörmətlə yad ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi