Yuxarı

Dağıstanın Dərbənd Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın premyerası olub

Elanla gəlin tamaşası teatrsevərlərin ixtiyarına verilib

Bakı. 4 may. REPORT.AZ/ Dağıstanda fəaliyyət göstərən Dərbənd Dövlət Azərbaycan Dram Teatrında İtaliya dramaturqu K.Haldoninin pyesi əsasında “Elanla gəlin” tamaşasının premyerası teatrsevərlərin ixtiyarına verilib.

"Report" xəbər verir ki, əsəri dilimizə Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Yaqut Xandadaşova tərcümə edib.

İtaliya milli komediyasının banisi K.Haldoninin yaradıcılığının son dövrlərində (1763) yazdığı “Elanla gəlin” (pyesin digər adı “Müsabiqə ilə nigah”dır)

Teatrın direktoru Yadulla Həşimovun məlumatına görə, tamaşanın quruluşçu rejissoru beynəlxalq teatr festivalları laureatı, “Turandot” Teatrının bədii rəhbəri Vladimir Jukov, quruluşçu rəssamı Naidə Əlimətova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada Əlimövsüm Abbasov, Kəmalə Rzayeva, Rəhilə Ömərova, Əfsanə Məlikova, Məhərrəmov Ömərov, Dinşah Abdulqafarov, Hörmət Aslanov, Canpolad Əmiyev, Furqat Aslanzadə, Sərxan Səmədov, Saladunxan Bədirxanov, Diləfrüz Şıxməmmədova, Təhminə Ömərova, Mədinə Hacıağayeva, Nazim Bəybalayev və Səidə Əliyeva çıxış edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi