Yuxarı

"Dartanyan və 3 müşketyor" filminin rejissoru vəfat edib

Georqi Yunqvald-Xilkeviç noyabrın 11-də 81 yaşında dünyasını dəyişib

Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiya və Ukraynanın əməkdar incəsənət xadimi, məşhur rejissor Georqi Yunqvald-Xilkeviç vəfat edib.

"Report" xəbər verir ki, noyabrın 3-dən Botkin adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 81 yaşlı kinorejissor bu səhər dünyasını dəyişib.

Georqi Yunqvald-Xilkeviç 1934-cü ildə Daşkənddə anadan olub. 1966-1990-cı illərdə Odessa kinostudiyasında çalışıb. Kinorejissor, həmçinin "Özbəkfilm" və "Tadcikfilm"də filmlər çəkib. 

O, sovet kinosunun məşhur simalarından olub. Georqi Yunqvald-Xilkeçiv ekranlaşdırdığı filmlər arasında "Dartanyan və 3 müşketyor", "İf qalasının məhbusu", "Ax, vodevil, vodevil", "Müşketyorlar 20 ildən sonra" və s. məşhur filmləri var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi