Corc Kluni qəzadan sonra xəstəxanaya yerləşdirilib

Corc Kluni qəzadan sonra xəstəxanaya yerləşdirilib Bakı. 10 iyul. REPORT.AZ/ Tanınmış amerikalı aktyor və rejissor Corc Kluni İtaliyanın Sardiniya adasında skuteri idarə edərkən qəzaya düşüb.
İncəsənət
10 İyul , 2018 14:59
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Tanınmış amerikalı aktyor və rejissor Corc Kluni İtaliyanın Sardiniya adasında skuteri idarə edərkən qəzaya düşüb. 

Bu barədə "Report" "La Nuova Sardegna" istinadən xəbər verir.

C.Kluni serialın çəkiliş yerinə gedərkən yolda "Mercedes" ilə toqquşub. Qəza yerindən olan fotolarda maşının ön şüşəsində çat görünür.

Kluni Olbia şəhərindəki xəstəxananın təcili yardım şöbəsinə yerləşdirilib. Kompyuter tomoqrafiyası nəticəsində ona çanaq sümüyünün zədəsi, əl və ayaqların əzilməsi diaqnozu qoyulub. Ümumiyyətlə, onun vəziyyəti qənaətbəxşdir.

Hadisədən sonra həyat yoldaşı Amal Kluni xəstəxanaya gəlib və Corc Klunini maşınla aparıb.

Son xəbərlər

Orphus sistemi