Yuxarı
    Bağlamaq

    Conni Depp qısa metrajlı komediya filmində Donald Trampı canlandırıb

    Film Trampın Nyu Hempşirdəki ilkin seçimlərdə böyük fərqlə qələbə qazanmasından sonra işıq üzü görüb

    Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-ın komediya çarxları çəkilişiylə məşğul olan məşhur yumoristik saytı "Funny Or Die" ABŞ-da qarşıdan gələn prezident seçkilərinə namizəd olamağa can atan milyarder Donald Trampa həsr olunan qısa metrajlı filmini təqdim edib.

    "Report" TASS-a istinadən xəbər verir ki, çəkilişləri məxfi surətdə həyata keçirilmiş 50 dəqiqəlik filmdə baş rolu Hollivud aktyoru Conni Depp oynayıb.

    "Anlaşma sənəti" (The Art of the Deal) adlı kino lenti sayt tərəfindən zarafat üslubunda ötən əsrin 80-ci illərində Trampın özünün ssenari müəllifi və prodüseri olduğu, çox az adamın gördüyü, artıq unudulmuş və rəfdə qalmış, heç efirə çıxmamış bioqrafik telefilm kimi təqdim olunub.

    "New York Times" qəzetinin yazdığına görə, "yalançı" bioqrafik filmin çəkilişləri ötən ilin dekabrından başlayıb. Depp çəkiliş meydançasında dörd gününü sərf edib.

    Maraqlıdır ki, film Trampın Nyu Hempşirdəki ilkin seçimlərdə böyük fərqlə qələbə qazanmasından sonra işıq üzü görüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi