"Çölçü” filmi daha bir mükafata layiq görülüb

"Çölçü” filmi daha bir mükafata layiq görülüb Ekran əsəri Beynəlxalq Cult Filmlər Festivalının “Qızıl Tülkü” mükafatını qazanıb
İncəsənət
12 Dekabr , 2017 13:54
Çölçü” filmi daha bir mükafata layiq görülüb

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan istehsalı olan “Çölçü” filmi daha bir mükafata layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən "Report"a  verilən məlumata görə, ekran əsəri Beynəlxalq Cult Filmlər Festivalının “Qızıl Tülkü” mükafatını qazanıb. 

Bildirilib ki, “Çölçü” filmi festivalda çox maraqlı qarşılanıb.

Ekran əsərinin rejissoru Şamil Əliyev festivalda bir çox tanınmış simalarla, dünya şöhrətli rejissorlarla da görüşüb.

Son xəbərlər

Orphus sistemi