Yuxarı

​Cizgi filmləri üzərində araşdırma aparılıb

Kanadanın Ottava universiteti və İngiltərənin University College London Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb.

Bakı. 18 dekabr. REPORT.AZ/ Kanadanın Ottava universiteti və İngiltərənin "University College London" Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri açıqlanıb.

"Report"un verdiyi xəbərə görə, məlum olub ki, uşaqlar üçün çəkilən cizgi filmlərində şiddət, qorxulu məqamlar, psixologiyaya mənfi təsir edən faktrlar böyüklər üçün çəkilən filmlərdən çoxdur.

Araşdırma kampaniyası 1937-2013-cü illər arasında çəkilən və uğur qazanan 45 cizgi filmi üzərində aparılıb.

Alimlər "Ağbəniz və yeddi cırtdan" ilə başladıqları araşdırmanı, 2013-cü il istehsalı olan "Buzlu ürək" cizgi filmi ilə tamamlayıblar. Nəticələrə görə, çizgi filmlərindəki əsas qəhrəmanların ölmə nisbəti, film qəhrəmanlarının ölmə nisbətindən 2.5 dəfə çoxdur.

Çizgi film qəhrəmanlarının "cinayətə qurban getməsi" isə yenə yetkin filmlərin 3 qatını təşkil edir. Tədqiqatçı Dr. Ian Kalman və Dr. Ceyms Kirkbrid bildirib ki, "Analar uşaqlarını qorxu, dəhşət, detektiv filmləri izləməkdən qoruduqları halda, animasiyalarda daha çox dağıntı, şiddət, ölüm, qarışıqlıq müşahidə edilir".

Mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki,"belə səhnələr uşaqların psixoloji vəziyyətinə mənfi təsir edə və uzun müddət hafizələrində həkk oluna bilər". Bu səbəbdən də valideynlərə diqqətli olmaları məsləhət görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi