“Cırtdan”ın yeni quruluş və müasir səhnə tərtibatında premyerası keçiriləcək

“Cırtdan”ın yeni quruluş və müasir səhnə tərtibatında premyerası keçiriləcək Bakı. 22 dekabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında artıq klassikaya çevrilən “Cırtdan” adlı nümunəni tam yeni quruluş və müasir səhnə tərtibatında premyerası keçiriləcək.
İncəsənət
22 Dekabr , 2017 17:15
“Cırtdan”ın yeni quruluş və müasir səhnə tərtibatında premyerası keçiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında artıq klassikaya çevrilən “Cırtdan” adlı nümunəni tam yeni quruluş və müasir səhnə tərtibatında premyerası keçiriləcək.

Bu barədə "Report"a Teatrın Mətbuat xidmətindən məlumat verilib.

Şair-dramaturq Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşaya Teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Döşəmə (parket) kuklalarının istifadə olunduğu tamaşada personajlar istər görüntü, istər kukla idarəetmə texnikası baxımından da tam yenilənib.

Birhissəli kukla tamaşasının bəstəkarı məşhur uşaq bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq.

Tamaşada əsas rolları Teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.

Onu da qeyd edək ki, dekabrın 24-də premyerası baş tutacaq tamaşa Mirmehdi Seyidzadənin 110 illik yubileyi münasibətilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi