Yuxarı

"Çirkin ördək balası" tamaşasının premyerası olacaq

Yeni tamaşa balaca tamaşaçılar üçün nəzərdə tutulub

Bakı. 21 may. REPORT.AZ/ Mayın 23-24-də Gənc Tamaşaçılar Teatrında görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq.

"Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev, Rasim Cəfərov və başqaları oynayacaq. 

Qeyd edək ki, balaca tamaşaçılar üçün nəzərdə tutulmuş tamaşa mayın 23 və 24-də günorta saat 12.00-da nümayiş ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi