“Çippolino” tamaşası rusiyalı rejissorun təqdimatında göstəriləcək

“Çippolino” tamaşası rusiyalı rejissorun təqdimatında göstəriləcək Tamaşaya quruluş vermək üçün Yelena İvanova Bakıya dəvət olunub
İncəsənət
30 Yanvar , 2017 20:40
“Çippolino” tamaşası rusiyalı rejissorun təqdimatında göstəriləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün teatr rəhbərliyi Rostov “Maksimum” teatrının bədii rəhbəri Yelena İvanovanı Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rusiyalı rejissorla görüşən teatrın direktoru Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

Bildirilib ki, hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan- Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə edib.

Xatırladaq ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının nümayişi nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi