“Cinemazadeh” yeni "Şairzadə" sosial layihəsini təqdim edir - VİDEO

“Cinemazadeh” yeni "Şairzadə" sosial layihəsini təqdim edir - VİDEO Şəhriyarın “Heydərbabaya salam” şeirindən qısa parça səsləndirilib
İncəsənət
20 Mart , 2018 13:22
“Cinemazadeh” yeni Şairzadə sosial layihəsini təqdim edir - VİDEO

Bakı. 20 mart. REPORT.AZ/ “Cinemazadeh” studiyası yeni - "Şairzadə" sosial layihəsini təqdim edir. 

“Report”un məlumatına görə, "AzərTürkBank"la birgə hazırlanan şeir layihəsi Azərbaycan dilinə dəstək xarakteri daşıyır. 

Tanınmış şairlərimizin məşhur şeirlərini qısametrajlı film kimi təqdim edərək ədəbiyyatımıza yeni nəfəs verməyi düşünən “Cinemazadeh” komandası ilk olaraq Novruz bayramı ərəfəsində dahi şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından bir hissəni ekranlaşdırıb.

Ekran işində şeiri xalq artisti Şamil Süleymanlı səsləndirib.

Layihənin ideya müəllifi və baş prodüseri Cəfər Axundzadə, baş redaktoru Xətai Əli, ssenari müəllifi Vüqar Hüseynov, icraçı prodüseri İsmayıl Bağırovdur.

"Heydərbabaya salam" qısametrajlı filminin quruluşçu rejissoru Taleh Yüzbəyov, quruluşçu operatoru Rauf Qurbanəliyev, post-prodakşn supervayzeri Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyevdir.

Qeyd edək ki, layihə çoxseriyalı nəzərdə tutulub və hər bir şeirə tanınmış rejissorlar quruluş verəcək.

Son xəbərlər

Orphus sistemi