“CinemaPlus” yeni aksiya elan edib

“CinemaPlus” yeni aksiya elan edib Müştərilər “Lulunun inanılmaz sirri” cizgi filminə bileti 1 manata ala biləcəklər
İncəsənət
9 Yanvar , 2016 11:16
“CinemaPlus” yeni aksiya elan edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” yeni aksiya elan edib. “Report” xəbər verir ki, aksiya çərçivəsində müştərilər yanvarın 9-u saat 14:30-da nümayiş olunacaq “Lulunun inanılmaz sirri” cizgi filminə bileti 1 manata ala biləcəklər.

Qeyd edək ki, cizgi filmi canavar balasının anasının axtarışlarından və qarşılaşdığı hadisələrdən bəhs edir. Canavar balası Lulu və dovşan Tom uşaqlıqdan dostluq edirlər. Bir gün Luluya məlum olur ki, o, nahaq yerə özünü yetim sayırmış, çünki, onun anası “uzaq canavarlar ölkəsi”ndə yaşayır. Dostlar səfərə çıxmaq qərarı verirlər, onları çoxlu sınaqlar gözləyir. Görəsən, çətinliklərə baxmayaraq dostluğu qoruyub saxlamaq, Lulunun anasını tapmaq və doğum tarixinin sirr pərdəsini açmaq mümkün olacaqmı?

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Son xəbərlər

Orphus sistemi