“CinemaPlus” kinoteatrında yeni komediyanın nümayişinə başlanılıb

“CinemaPlus” kinoteatrında yeni komediyanın nümayişinə başlanılıb “Kocan Kadar Konuş 2” türk romantik komediyası artıq seanslara salınıb
İncəsənət
30 Yanvar , 2016 12:02
“CinemaPlus” kinoteatrında yeni komediyanın nümayişinə başlanılıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus” kinoteatrında “Kocan Kadar Konuş 2” türk romantik komediyasının nümayişinə başlanılıb.

“Report” xəbər verir ki, komediya artıq seanslara salınıb.

Komediya filminin rejissoru Kıvanç Baruönüdür. Baş rolları Ezgi Mola və Murat Yıldırım oynayıb.

Əvvəlcə ailəsinin və ətrafının evlənmək təzyiqinə tab gətirən Əfsun, filmin ikinci hissəsində sevdiyi və evlənmək istədiyi Sinana qovuşur, lakin qarşılarındakı maneələr azalmır. Bu dəfə də öz xaotik ailəsi ilə yanaşı, həm də Sinanın ailəsi və xüsusən də nənəsi Cavidə xanımla çəkişməli olur...

“CinemaPlus” "Azadlıq" prospekti 45 ünvanında, "28-mall" Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd dək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” keçən ay adını dəyişib və “CinemaPlus” adı altında fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi