“CinemaPlus” kinoteatrında “Azadlığın 50 çaları” filminin son hissəsi nümayiş olunacaq - VİDEO

“CinemaPlus” kinoteatrında “Azadlığın 50 çaları” filminin son hissəsi nümayiş olunacaq - VİDEO Baş qəhrəmanlar keçmişin kabusları ilə qarşılaşacaqlar
İncəsənət
6 Fevral , 2018 16:41
“CinemaPlus” kinoteatrında “Azadlığın 50 çaları” filminin son hissəsi nümayiş olunacaq - VİDEO

Bakı. 6 fevral REPORT.AZ/ Fevralın 8-dən etibarən Sevgililər Günü ərəfəsində “CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən “Azadlığın 50 çaları” dram filminin nümayişinə başlayır.

"Report" xəbər verir ki, yeni “Əlli çalar”da filmin əvvəlki hissələrində olduğu kimi, baş qəhrəmanlar keçmişin kabusları ilə qarşılaşacaqlar. 

Ceyms Foulinin rejissoru olduğu filmdə tamaşaçılar Mister Qrey və Anasteyşa Stilin sevgi əhvalatının nə ilə bitəcəyini biləcəklər.

Baş rollarda Ceymi Dornan, Dakota Conson, Rita Ora, Kim Bessincer və Ariel Kebbel çəkiliblər. 

Filmdə Kristian və Anasteyşa evləniblər və bir-birilərinin yanında olmaqdan zövq alaraq öz kefləri ilə yaşayırlar. Lakin yeni xanım Qreyin həyatı təhlükədədir. Qeyri-dost peyda olur, hansı ki, öz varlı fantaziyasından istifadə edərək intiqam almaq istəyir. Kristianın keçmiş kabusları yenidən qayıdıb, yeni ailə həyatı quranların isə başları üzərində buludlar getdikcə çoxalır.

Son xəbərlər

Orphus sistemi