“CinemaPlus Gənclik Mall”da" "Qulyabani" filminin qalası olub - FOTO

“CinemaPlus Gənclik Mall”da" "Qulyabani" filminin qalası olub - FOTO Film fevralın 8-dən “CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq
İncəsənət
7 Fevral , 2018 20:59
“CinemaPlus Gənclik Mall”da Qulyabani filminin qalası olub - FOTO
Report/Elchin Murad

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı “CinemaPlus Gənclik Mall”da" komediya janrında olan "Qulyabani" filminin qalası keçirilib.

"Report"xəbər verir ki, tədbirdə filmdə rol alan aktyorlar, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub. Daha sonra qonaqlar filmin qəhrəmanları və "Qulyabani" ilə şəkillər çəkdiriblər.

Xronometrajı 80 dəqiqə olan filmin rejissoru Pərviz Həsənovdur. Filmdə rolları Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Emine Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov ifa ediblər.

Filmin süjet xəttinə görə, Azərbaycan meşələrində peyda olan qulyabanini lentə almaq üçün Türkiyədən gələn jurnalist bu məqsədlə yoldaşlarından kömək istəyir. İşin başında böyük mükafatın olacağını düşünən 2 dələduzun türk jurnalistə saxta qulyabani sırımaq oyunu planlaşdırdıqları kimi getmir. Qızların əvəzinə kənd camaatını qorxudan qulyabaninin ovuna kəndlilər də qoşulur. Bir tərəfdən qəzəbli kəndlilərin əlindən yaxa qurtarmaq, digər tərəfdən yalanlarının üstünün açılacağı qorxusu qarşısında gücsüz qalan gənclərin bundan yaxa qurtara bilməsi imkansız görünür.

Film fevralın 8-dən “CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi