“CinemaPlus”da Xocalıya həsr olunan film pulsuz nümayiş olunacaq - VİDEO

“CinemaPlus”da Xocalıya həsr olunan film pulsuz nümayiş olunacaq - VİDEO Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar “CinemaPlus” kinoteatrla şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək.
İncəsənət
24 Fevral , 2020 17:26
“CinemaPlus”da Xocalıya həsr olunan film pulsuz nümayiş olunacaq - VİDEO

Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar “CinemaPlus” kinoteatrla şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək. 

"Report" xəbər verir ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən bəhs olunur. 

“Xoca” filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı ekran əsəri hesab olunur.

Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir, həmçinin Azərbaycanın Əməkdar artisti Telman Əliyev və Azərbaycanın Xalq artisti Nəcibə Hüseynova çəkilib.

Qeyd edək ki, film süjet xəttinə görə, iki gənc - Ələkbər və Günel evlənmək qərarı verirlər və ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar. Toy ərəfəsində, Bakıya qayıtmağı hazırlaşarkən məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O seçim etməlidir: Bakıya qayıtmaq, harada ki, onun nişanlısı Günel gözləyir və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...

Digər cütlük - Ələkbərin döyüş dostu Yura Çyornıy (prototip – Azərbaycanın Milli qəhrəmanı Yuriy Kovalev) və sadə teleqrafçı Mehriban. İlk əvvəl onlar bir-birilərinə soyuq münasibət göstərirlər, lakin doğma vətənin qorumaq vaxtı çatanda onlar arasında bir-birilərinə əsl hisslər yaranır. Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir, bundan sonra o, əlində silah ilə öz doğma şəhərinin müdafiəsinə qalxır.

Bildirilib ki, fevralın 26-da “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Son xəbərlər

Orphus sistemi