"CinemaPlus"da "Mənfur Səkkizlik" filminin premyera öncəsi nümayişi keçiriləcək - VİDEO

"CinemaPlus"da "Mənfur Səkkizlik" filminin premyera öncəsi nümayişi keçiriləcək - VİDEO Sabah keçiriləcək tədbirdə qonaqları "Vəhşi Qərb" üslubunda sürpriz gözləyir
İncəsənət
5 Yanvar , 2016 16:13
CinemaPlusda Mənfur Səkkizlik filminin premyera öncəsi nümayişi keçiriləcək - VİDEO

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" amerikalı rejissor Kventin Tarantinonun "Mənfur Səkkizlik" filminin qapalı premyera öncəsi nümayişini keçirəcək. "Report" xəbər verir ki, filmdə baş rolları Kurt Rassel, Samuel L.Cekson, Tim Rot, Cenifer Ceyson və başqaları oynayır.

Ekran əsərində hadisələr vətəndaş müharibəsindən sonra cərəyan edir. Əfsanəvi cinayətkar ovçusu Asan ləqəbli Con Rut məhbusu müşayiət edir. Yolda onlara daha bir ovçu qoşulur. Qar tufanı hər üçünü kənddən kənarda, dükanda sığınacaq axtarmağa məcbur edir. Həmin yerdə isə qarışıq dəstə - general, şerif, meksikalı, fransız və kovboy toplaşıb. Onlardan biri isə kimliyini olduğu kimi təqdim etmir.

Xatırladaq ki, sabah keçiriləcək tədbirdə qonaqları "Vəhşi Qərb" üslubunda sürpriz gözləyir. 

Qeyd edək ki, "CinemaPlus" Azadlıq prospekti,45 ünvanında, "28 Mall" ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. 

Son xəbərlər

Orphus sistemi