"CinemaPlus"da “Kino Gecəsi” keçirilib

"CinemaPlus"da “Kino Gecəsi” keçirilib “CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə parlaq “Kino Gecəsi” keçirilib.
İncəsənət
9 İyul , 2019 16:15
CinemaPlusda “Kino Gecəsi” keçirilib

“CinemaPlus Amburan Mall” kinoteatrında üç filmin nümayişi ilə parlaq “Kino Gecəsi” keçirilib.

"Report" xəbər verir ki, saat 23:00-dan səhər saat 7-dək “Yaraşıqlı, pis, əclaf”, “Anonim qatillər klubu” və “Stokholmda bir gün” filmləri nümayiş etdirilib. 

Tamaşaçıların bütün gecəni səhərədək DJ-nin dinamik musiqi sədaları altında əyləndiyi tədbirdə furşet, alkoqollu və alkoqolsuz içkilər təqdim olunub.

Tədbir "Cinema Distribution", “Cinemazadeh” dublyaj studiyası, "ENERJI" club, Red Bull, Şeh Su və “Carlsberg” pivəsinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi