“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq

“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq Bakı. 8 may. REPORT.AZ/ Gənclik Mall Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında ümummillli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Professional” qısametrajlı sənədli filmi nümayiş etdiriləcək.
İncəsənət
8 May , 2018 12:08
“CinemaPlus”da Heydər Əliyev haqqında film nümayiş olunacaq
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ "Gənclik Mall" Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında ümummillli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Professional” qısametrajlı sənədli filmi nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, Vaqif Mustafayevin sənədli filminin sayca səkkizincisi olan “Professional” dahi liderimizin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunub.

Bu hissədəki hadisələr 1949-1969-cu illəri əhatə edir. Filmdə tamaşaçı auditoriyasına məlum olmayan çoxlu fakt göstərilir.

Film mayın 10-da saat 11:30-da nümayiş olunacaq. Giriş sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi