Yuxarı
    Bağlamaq

    "CinemaPlus"da Heydər Əliyev haqqında film nümayiş etdirilib

    Vaqif Mustafayevin çəkdiyi 6-cı ekran işində Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyeva ilə bağlı xatirələri bölüşülür

    Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus" ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Vaqif Mustafayevin çəkdiyi "Heydər Əliyev - əsl məhəbbət haqqında" filmini nümayiş edib. 

    "Report"un məlumatına görə, Vaqif Mustafayevin çəkdiyi 6-cı ekran işində Heydər Əliyevin həyat yoldaşı oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı xatirələri bölüşülür.

    Qeyd edək ki, film müxtəlif dillərə tərcümə olunub və dünyanın bir çox ölkələrində nümayiş olunub və beynəlxalq festivallarda iştirak edib. Moskvada keçirilən 4-cü Avrasiya teleforumunda isə əsas mükafata layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi