"CinemaPlus"da "Dəhşətli gecə" baş tutub - VİDEO

"CinemaPlus"da "Dəhşətli gecə" baş tutub - VİDEO Tamaşaçılara qəlyanaltılar, alkoqollu içkilər və musiqi səhərə kimi tamamilə pulsuz olub
İncəsənət
16 Aprel , 2018 16:47
CinemaPlusda Dəhşətli gecə baş tutub - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ “CinemaPlus Azerbaijan” premium kinoteatrında aprelin 13-dən 14-nə keçən gecə “Dəhşət filmlər gecəsi” keçirilib. 

"Report" xəbər verir ki, saat 22:30-dan səhər saat 07:00-dək qonaqlara “Ruhlar ölkəsi”, “Sakit yer” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri nümayiş etdirilib. 

Həmin gecə tamaşaçılara qəlyanaltılar, alkoqollu içkilər və musiqi səhərə kimi tamamilə pulsuz olub. 

Seans fasilələrində maraqlı müsabiqələr və hədiyyəli uduşlar keçirilib.

Qeyd edək ki, “Ruhlar ölkəsi” və “Vinçester. Ruhların tikdiyi ev” filmləri “Cinemazadeh” studiyasında peşəkar Azərbaycan dilində dublyaj olunub. Tədbirin təşkilinə "Cinemazadeh" dublyaj studiyası, "Cinema Distribution", "Papa Johns Pizza Azerbaijan”, "Portal Games", "Merit Brand" şərab şirkəti, "Red Bull", "Coca-Cola", "Sheh" su və "Baltika-Baku"  pivə zavodu dəstək olublar.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi